Ərəblərdən “Qarabağ”ın rəqibinin futbolçusu üçün sərfəli təklif

“Liverpul”un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klublarına keçə bilər.

Komanda.az “Krrish”-ə istinadən xəbər verir ki, “Əl-Hilal” və “Əl-İttihad” misirli futbolçunu transfer etməkdə ciddi şəkildə maraqlıdır və “qırmızılar”a bu keçid üçün 50 milyon funt-sterlinq (təxminən 57 milyon avro) təklif etməyə hazırdır.

Son iki ildə hər iki klub 33 yaşlı oyunçu ilə maraqlanır və ona Kriştiano Ronaldoda olduğu kimi, yüksək səviyyəli müqavilə təklif etməyə hazırdır. “Liverpul” yayda onu sata bilər, ancaq yalnız Salah razı olduqda təklifləri nəzərdən keçirəcək – son qərar futbolçuda olacaq.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button