
“Tottenhem” misirli hücumçunu transfer etməyə yaxındır
“Mançester Siti”nin hücumçusu Omar Marmuş bu ay komandadan ayrıla bilər.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “Tottenhem” misirli forvardı transfer etmək istəyir və danışıqlar artıq irəliləyib. Marmuş özü də bu ay “şəhərlilərdən”dən getməyə hazırdır.
26 yaşlı futbolçu 2025-ci ilin yanvarında “Ayntraxt”dan “Mançester Siti”yə 75 milyon avroya transfer olunub və onun müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə kimidir.
Marmuş cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



