
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Andrey Demçenkonun baş məşqçisi olduğu komanda yanvarın 18-də 1-ci Liqada iştirak edən “Zaqatala” ilə qarşılaşacaq. Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək.
Daha əvvəl “Qəbələ”yə minimal hesabla uduzan “Araz-Naxçıvan” klubun əvəzedici komandasını 7 cavabsız qolla üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



