Ten Haq: “Mənə şans verilmədi ki…”

“Bayer”in sabiq baş məşqçisi Erik ten Haq Leverkuzen klubundan istefası barədə danışıb və bu mövzuda Xabi Alonsonu misal göstərib.

Ten Haqın sözlərinə görə, bəzən hətta yüksək səviyyəli məşqçilər də gözlənilmədən komandalardan ayrılmalı olurlar.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı iş prinsiplərinin həmişə nəticə verdiyini bildirib:

“Mənə şans verilmədi ki, öz yanaşmamın işlədiyini sübut edim. Tərcümeyi-halımı nəzərdən keçirsəz, görərsiz ki, həmişə kifayət qədər uğurlu olmuşam. Mənim iş prinsiplərim həmişə nəticə verir. Təbii ki, bu, məyusedicidir, amma futbol dünyası belədir. Xabi Alonso və “Real”a baxın – onunla da eyni şey baş verdi, halbuki o, top-məşqçidir. Bu, demək olar ki, hər kəsin başına gəlir”.

53 yaşlı mütəxəssis hazırda “Tvente”də texniki direktor kimi çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button