Artetaya yeni müqavilə təklif olunacaq

“Arsenal”ın rəhbərliyi komandanın baş məşqçisi Mikel Artetanın fəaliyyətindən razıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” ispan mütəxəssislə yeni müqavilə imzalamağı planlaşdırır və anlaşmanın müddətini 2029-cu ilə qədər uzatmaq niyyətindədir. Hazırkı müqaviləyə əsasən, onun “Arsenal”la sözləşməsinin müddəti gələn ilin iyununda başa çatacaq.

Mikel Arteta 2019-cu ildən etibarən London klubunun baş məşqçisi vəzifəsini icra edir. Onun komandası bu mövsüm İngiltərə Premyer Liqasında topladığı 49 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 6 xal qabaqlayır.

“Arsenal”, həmçinin, UEFA Çempionlar Liqasının ümumi mərhələsində də 1-ci pillədə qərarlaşıb ki, bu da klub rəhbərliyinin Artetaya olan etimadını daha da gücləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button