AFFA bir komandanı Region Liqasından kənarlaşdırdı

AFFA “İstiqlal” klubunu Region Liqasından kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

28 dekabr 2025-ci il tarixində keçirilməli olan “İstiqlal” – “Sabirabad” oyunu meydan sahiblərinin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə, “İstiqlal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button