
“Xankəndi”nin yeni baş məşqçisi açıqlandı
İkinci Liqada çıxış edən “Xankəndi” komandasının yeni baş məşqçisi məlum olub.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.
Zaur Hacıyev son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



