“Real”ın yeni baş məşqçisi ilk məşqini keçdi

“Real” bu ay baş məşqçi dəyişikliyinə gedərək Xabi Alonsonu vəzifəsindən uzaqlaşdırıb və onun yerinə Alvaro Arbeloanı təyin edib. 42 yaşlı mütəxəssis artıq komanda ilə işə başlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Arbeloanın “kral klubu”nun məşqinə rəhbərlik etdiyi anları əks etdirən video yayımlanıb. Kadrlarda yeni baş məşqçinin futbolçularla fəal şəkildə işlədiyi görünür.

“Real” bu qərarı İspaniya superkubokunun finalında “Barselona”ya 2:3 hesablı məğlubiyyətdən sonra qəbul edib.

Madrid təmsilçisi növbəti oyununu sabah keçirəcək. Arbeloanın komandası İspaniya kubokunun 1/8 final mərhələsində səfərdə “Albasete” ilə üz-üzə gələcək.

“Real” hazırda La Liqada topladığı 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button