“Mançester Siti” ingiltərəli müdafiəçi üçün danışıq aparır

“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 25 yaşlı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

“Mançester Siti” Quehinin agentləri ilə danışıqlar aparır. Klubda hesab edirlər ki, “Kristal Pelas”la transfer məbləği barədə razılığa gəlmək çətin olmayacaq. Ancaq yekun qərar futbolçunun özündən asılı olacaq.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 32 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button