
“Mançester Yunayted”in baş məşqçi postuna iki namizəd var
“Mançester Yunayted” rəhbərliyi mövsümü başa çatdırmaq üçün müvəqqəti baş məşqçi olacaq namizədlərlə şəxsi görüşlər keçirməyi planlaşdırır. Klubun qısa siyahısında Ole-Qunnar Sulşer və Maykl Karrik (hər ikisi komandanın keçmiş futbolçusu) yer alır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Sulşer hazırda əsas favorit hesab olunur, ancaq yekun qərar namizədlərlə keçiriləcək üzbəüz görüşlərdən sonra veriləcək.
Daha əvvəl İngiltərə klubu komandanı bir ildən artıq çalışdıran Ruben Amorimi istefaya göndərmişdi.
“Mançester Yunayted” Premyer Liqada növbəti oyununu “Bernli”yə qarşı Darren Fletçerin rəhbərliyi altında keçirəcək. Komanda hazırda ölkə çempionatında 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



