
“Arsenal”dan “Real”a 60 milyon avroluq rəsmi təklif
“Arsenal” “Real”ın hücumçusu Rodriqonun transferi üçün rəsmi təklif irəli sürüb.
Komanda.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
“Topçular” 24 yaşlı futbolçu üçün “Real”a 60 milyon avro məbləğində təklif göndərib. İngilislər onu klubun uzunmüddətli layihəsinin əsas fiqurlarından biri kimi görür.
Bununla yanaşı, braziliyalı futbolçuya Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da eyni məbləğdə təklif edib. Onların üstünlüyü isə Rodriqoya daha yüksək əməkhaqqı verməyə hazır olmasıdır.
Rodriqo cari mövsümdə bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



