Təzyiqlər Amorimin işinə əngəl olub

Ruben Amorim “Mançester Yunayted”də çalışdığı müddətdə üzləşdiyi xarici təzyiqlərin onun işinə ciddi şəkildə mane olduğunu bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klub ətrafındakı daimi təzyiqlərin gördüyü işi sarsıtdığını düşünür.

Amorim baş məşqçi vəzifəsinin onun bacarığına uyğun olduğunu hesab etsə də, “Mançester Yunayted”də işin bu qədər siyasiləşmiş və çətin olacağını gözləmədiyini etiraf edib. Onun sözlərinə görə, bu rola əvvəlcədən tam hazırlaşmaq mümkün deyil, çünki klubun özünəməxsus problemləri yalnız “Old Trafford”da işə başladıqdan sonra aydın olur.

Portuqaliyalı çalışdırıcı zaman keçdikcə futbol qərarlarına təsir imkanlarının getdikcə azaldığını da vurğulayıb.

“Mançester Yunayted” dünən Ruben Amorimin baş məşqçi vəzifəsindən azad olunduğunu rəsmən açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button