
“Karyeramın bitməsindən qorxmuram”
“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını başa vurmaq ehtimalına münasibət bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı forvard bu məqamdan qorxmadığını və artıq futbol sonrası həyat haqqında düşündüyünü açıqlayıb:
“Futbol həyatımda çox vacib yer tutur, ancaq həyat yalnız futboldan ibarət deyil. Karyeramın bitməsindən qorxmuram, çünki buna hazırlaşmağa başlamışam. Futbol həyatımın böyük hissəsidir, amma bütün həyatım deyil. Bir gün bədənimdə dəyişiklik hiss etsəm, karyeramı başa vurmağa hazır olacam”.
Bununla yanaşı, o, bir neçə il də yüksək səviyyədə oynaya biləcəyini istisna etməyib.
Levandovski bu mövsüm La Liqada 14 oyunda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti bu ilin yayına kimidir.
Bizi Facebook-da izləyin



