
“Mançester Yunayted” kamerunlu futbolçu üçün danışıqlara başlamağa tələsmir
“Mançester Yunayted” ötən ilin yayından etibarən “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanın nümayəndələri ilə əlaqədədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçu “qırmızı şeytanlar” tərəfindən bu il üçün prioritet transfer hədəflərindən biri kimi nəzərdən keçirilir. Ancaq “Mançester Yunayted” bu ay ərzində yeni təkliflə çıxış etməyib və “Brayton”la birbaşa danışıqlara başlamayıb. Qarşı tərəf isə 20 yaşlı futbolçunu ən azı bu mövsümün sonuna qədər heyətində saxlamaq niyyətindədir.
Baleba 2023-cü ilin avqustunda “Lill”dən “Brayton”a 27 milyon avro qarşılığında transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
O, cari mövsümdə “Brayton”un heyətində 19 oyunda meydana çıxıb.
Bizi Facebook-da izləyin



