Tanınmış futbolçu yeni klub axtarışındadır

Son olaraq Meksikanın “Leon” klubunda forma geyinən yarımmüdafiəçi Xames Rodriges başqa komandaya keçə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Şimali Amerikanın bir neçə klubu kolumbiyalı futbolçunu transfer etməkdə maraqlıdır.

Yarımmüdafiəçinin “Leon”la müqaviləsinin müddəti bitdiyindən, yeni klubuna azad agent kimi keçəcək.

Rodriges bu mövsüm 14 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button