
MY Almaniya klubunun futbolçusunu istəyir
“Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomande İngiltərəyə gedə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 19 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. “Qırmızı şeytanlar” onu yanvar transfer pəncərəsində heyətinə qatmaq istəyir. “Leyptsiq” isə oyunçusu üçün 100 milyon avro tələb edir.
Diomande bu mövsüm Bundesliqada 14 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



