
Mourinyo: “Bizim Mbappe, Vinisius və ya, Yamalımız yoxdur”
“Benfika”nın baş məşqçisi Joze Mourinyo komandasının zəif oyunları ilə bağlı sualları cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi onun üçün oyunun gözəlliyinin yox, nəticələrin əsas olduğunu bildirib:
“Bizim Kilian Mbappe, Vinisius və ya, Lamin Yamalımız yoxdur. Bizim bir komandamız var və onlar bir komanda kimi oynayır, bəlkə də, o qədər də parlaq deyil. Amma əla oyun olmadan belə, qalib gəlmək olar”.
“Benfika” hazırda Portuqaliya Premyer Liqasında 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



