
“Barselona” müdafiəçi axtarır
“Barselona” qış transfer pəncərəsində müdafiənin mərkəzini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq müdafiə xətti üçün yeni futbolçu axtarışlarını aktiv şəkildə aparır. Ancaq tanınmış bir oyunçunun transferi hazırkı mərhələdə az ehtimal olunur.
Daha real variant kimi, “Barselona”nın nisbətən aşağı məbləğə başa gələn bir futbolçu ilə müqavilə bağlaması və ya oyunçunu icarə əsasında heyətinə qatması gözlənilir.
Hans-Diter Flikin komandası İspaniya La Liqasında 18 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real”la xal fərqi dördə bərabərdir. Komanda növbəti turda “Espanyol”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



