
“Zaqatala”ya texniki məğlubiyyət verildi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna bölgə təmsilçisinin 11-ci turda MOİK-lə matçda legioner limitini pozması səbəb olub.
0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” 1200 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



