“Qəbələ”nin qış hazırlıq planı açıqlandı

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də toplaşacaq.

Hazırlıq prosesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini yanvarın 14-18-də Bakıda keçirəcək.

Komandanın toplanış çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınaması nəzərdə tutulub. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button