İnternat məktəbinin şagirdləri “Qarabağ”la görüşdü – PFL-in təşəbbüsü ilə

Peşəkar Futbol Liqasının təşəbbüsü və “Qarabağ” Futbol Klubunun dəstəyi ilə Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri komandanın bazasında qonaq olublar.

Komanda.az xəbər verir ki, tədbirdə klubun baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri və məktəbin müəllim heyəti iştirak edib.

Görüşdə şagirdlərə xüsusi diqqət göstərilib. Şagirdlər “Qarabağ”ın üzvləri ilə yaxından tanış olub və onlarla ünsiyyət qurublar. Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button