
Azarkeşlər Vinisiusun satılmasını istəyir
“Real”ın azarkeşləri braziliyalı hücumçu Vinisius Juniorun klubdan göndərilməsini dəstəkləyir.
Komanda.az xəbər verir ki, “Marca” qəzeti tərəfindən keçirilən sorğuya görə, “kral klubu” tərəfdarlarının 86 faizi artıq 26 yaşlı oyunçunu komandada görmək istəmir.
Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. O, cari mövsümün ilk yarısında 22 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib.
Azarkeşlərin əksəriyyəti braziliyalı oyunçunun satılmasının komanda üçün faydalı olacağı qənaətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



