
Amorim: “Bu məğlubiyyət əlbəttə ki, ağrılıdır”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın 17-ci turunda “Aston Villa”ya qarşı keçirilən və 1:2 hesablı məğlubiyyətlə yekunlaşan oyunu dəyərləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının son matçlarda irəliləyiş etdiyini bildirib:
“Düşünürəm ki, son oyunlarda addım-addım irəliləyirik. Həll etməli olduğumuz çoxlu problemlər var, amma son dövrlərdə üzləşdiyimiz bütün çətinlikləri nəzərə alsaq, yaxşı iş gördüyümüzü demək olar. Digər matçlarda olduğu kimi, hətta qalib gələndə də, həmişə deyirəm ki, yalnız nəticəyə köklənmək düzgün deyil. Bu məğlubiyyət əlbəttə ki, ağrılıdır, ancaq diqqəti oyuna yönəltməliyik və oyun yaxşı alındı. Bu ruhda davam etməli və bunu növbəti matça daşımalıyıq”.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



