“Real”ın futbolçusu 3-4 ay meydanlardan kənarda qalacaq

İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin La Liqanın 15-ci turunda “Selta” ilə matçda zədələnməsi səbəb olub.

Braziliyalı oyunçunun sol ayağındakı zədəsinin ciddi olduğu aşkarlanıb.

“Selta” “Real”ı səfərdə iki cavabsız qolla üstələyib. Militao zədələndiyi üçün 24-cü dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button