“Kivu məni həyat yoldaşımdan da çox qucaqlamağı sevir”

“İnter”in kapitanı Lautaro Martines klubun yeni baş məşqçisi Kristian Kivu ilə münasibətlərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rumıniyalı mütəxəssislə əla münasibətlərinin olduğunu söyləyib:

“Bizim əla münasibətlərimiz var, gündə bir neçə dəfə danışırıq. Kivu məni qucaqlamağı sevir, hətta həyat yoldaşımdan da çox! Əməkdaşlığımızın necə başlamasından həqiqətən məmnunam”.

Kivu bu ilin yayında “İnter”in baş məşqçisi postunda Simone İnzaqini əvəz edib. Martines isə 2018-ci ildən bəri İtaliya klubunda oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button