Sotomayor uduzdu, Abdullayev 1/8 finala yüksəldi

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb.

57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq.

Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da qalib gəlib. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək. Hər iki görüş sentyabrın 17-də olacaq.

Bu boksçulardan fərqli, İsmayıl Yaqubov (91 kq) məğlubiyyətə üzülüb. O, Ukrayna təmsilçisinə 1:4 (30:27, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

+91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də ilk döyüşündə qalib gəlməklə 16 ən güclü boksçu sırasına düşüb. O, çinli Danabieke Bayıkevuzini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 4:1 (28:27, 28:26, 28:26, 28:26, 27:28) hesabı ilə məğlub edib. Abdullayev 1/8 finalda misirli Yosri Rezk Mustafa ilə üz-üzə gələcək. Döyüş sabah olacaq.

Abdullayevdən fərqli, Lorenzo Sotomayor (69 kq) məğlubiyyətə üzülüb. 1/16 finalda əlcəzairli Şemseddin Kramou ilə qüvvəsini sınayan Olimpiya mükafatçımız 2:3 (28:29, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə uduzub.

Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq) də 1/8 finala yüksəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button