“Hazırda karyeramın ən yaxşı futbolunu oynayıram”

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasında “Bayern” üzərində 3:1 hesablı qələbədən sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, öz çıxışından məmnun olduğunu söyləyib:

“Hazırda yəqin ki, karyeramın ən yaxşı futbolunu oynayıram. Hər məşqdə, hər matçda özümü inanılmaz dərəcədə inamlı hiss edirəm. Yəqin ki, heç vaxt belə formada olmamışam. Çıxışımdan çox məmnunam. Ümid edirəm ki, bu, uzun müddət davam edəcək”.

26 yaşlı ingilis futbolçu oyunun ən yaxşısı seçilib.

“Arsenal” Çempionlar Liqasında məğlubiyyətsiz qalır və ümumi turnir cədvəlinə 15 xalla liderlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button