
Samir Abasov: “Mən istefa verməmişəm”
Sosial şəbəkədə və bir sıra media orqanlarında “Neftçi”nin baş məşqçisi Samir Abasovun göndərildiyi barədə məlumatlar yayılıb.
Komanda.az xəbər verir ki, Abasov məlumatların həqiqətəuyğun olmadığını deyib:
“Xeyr, mən istefa verməmişəm. Hazırda komandanın baş məşqçisi mənəm. Bu gün iş günü olmadığına görə evdəyəm. “Neftçi”yə xarici baş məşqçinin gətirilməsi xəbəri doğru deyil. “İmişli”yə məğlubiyyətdən sonra rəhbərliklə aramızda hansısa bir söhbət olmayıb. Ətralı məlumat klubun rəsmi saytında veriləcək”. (manset.az)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



