
AFFA rəsmisinə UEFA-dan təyinat
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Bu barədə Komanda.az-a assosasiyanın mətbuat xidmətindən bildirilib.
Elçin Məmmədov UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbuldakı “Ali Sami Yen” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



