
Komanda yoldaşı Haland haqda: “Elə bil kosmosdan gəlib!”
“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komanda yoldaşı Erlinq Haland barədə danışıb və onunla bir klubda oynamağın verdiyi üstünlükləri vurğulayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper, Halandın fantastik insan, sakit, ailəsini sevən və onlarla vaxt keçirməyi xoşlayan biri olduğunu bildirib:
“Halandla oynayarkən yaranan uyum və təbii anlaşma onu çox sevindirir. Hətta bir-birimizə qarşı oynayanda belə, əlaqəmizi qoruyurduq, oyunlardan sonra isə tez-tez ünsiyyət qururduq. Sonra mənim buraya gəlmək imkanım oldu, o da gəlməyimi çox istədi. Ona buna görə minnətdaram. O, həqiqətən əla dostdur. Onunla oynamaq çox yaxşıdır, rəqib olmaq isə çox çətindir. Elə bil kosmosdan gəlib!”
Donnarumma “Mançester Siti”yə yayda, PSJ-dən keçib.
Bizi Facebook-da izləyin



