
Qurban Qurbanov İtaliyada jurnalistlərin qarşısına çıxacaq
“Napoli” və “Qarabağ” komandalarının baş məşqçilərinin Neapolda keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından əvvəl mətbuat konfranslarının vaxtları açıqlanıb.
Komanda.az “Tutto Napoli”-yə istinadən xəbər verir ki, noyabrın 24-də, saat 15:30-da “Napoli”nin baş məşqçisi Antonio Kontenin Dieqo Armando Maradona stadionunda mətbuat konfransı keçiriləcək. İki saat sonra “Napoli” son məşqinə başlayacaq.
Qurban Qurbanov isə saat 22:00-da həmin arenada jurnalistlərlə görüşəcək və yarım saat sonra komandasını son məşqinə aparacaq.
Hər iki məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



