
“Yuventus” müdafiəçisini itirib
“Yuventus”un müdafiəçisi Daniele Ruqani zədələnib və bir neçə həftə oynaya bilməyəcək.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçuda sağ ayağın baldır əzələsində zədə aşkarlanıb.
O, zədəni məşq zamanı alıb.
Ruqani 2025/26 mövsümündə İtaliya çempionatında 5 matça çıxıb. Onun komandası 11 turun ardından 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və lider “İnter”dən 5 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



