“Qarabağ”ın rəqibinin rəhbəri idman direktorunu təriflədi: “Möhtəşəm iş görür”

“Liverpul”un prezidenti Tom Verner klubun idman direktoru Riçard Hyusun fəaliyyətindən son dərəcə məmnun olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Hyusun gördüyü işi sözlə ifadə etməyin çətin olduğunu deyib:

“Məhəmməd Salah və Vircil Van Daykla yeni müqavilələr imzalamağımıza çox sevindik. Amma bilirsizmi, Riçard mənə zəng edib “fikir ayrılıqları çox böyükdür” desəydi, buna hörmətlə yanaşardım”.

Klub prezidenti həmçinin, rəhbərlik modelindən də danışıb:

“Con Henri, Mayk Qordon və mən işini yüksək səviyyədə görən insanları tapmağa çalışırıq və onlara öz işlərini sərbəst şəkildə görmək imkanı veririk. Biz müdaxilə etmirik, sadəcə lazım olduqda dəstək və məsləhət veririk. Aramızda böyük etimad var. Riçardın gördüyü işi sözlə ifadə etmək çətindir. O, möhtəşəm iş görür”.

Klub rəhbəri, Hyusu “Liverpul”un son uğurlu qərarlarında əsas fiqurlardan biri kimi yüksək qiymətləndirir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button