
Dünyadakı bütün “Real” azarkeşləri üçün yeni layihə – Futbol tarixində ilk
“Real”ın prezidenti Florentino Peres klubun üzərində çalışdığı yeni layihə barədə məlumat verib.
Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, o, Madrid klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu üçün xüsusi virtual reallıq layihəsinin hazırlandığını bildirib:
“Biz “Santyaqo Bernabeu” üçün virtual reallıq layihəsi hazırlayırıq. Dünyanın hər yerindən olan azarkeşlər oyunu sanki stadiondan izləyirmiş kimi hiss edəcəklər. Bu, idman tarixində həlledici bir an olacaq, belə bir şey hələ olmayıb”.
“Santyaqo Bernabeu” “Real”ın 80 mindən çox azarkeş tutumuna malik ev stadionudur.
“Kral klubu” İspaniya La Liqasında 12 turdan sonra 31 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



