Azərbaycan millisi Maltaya qalib gəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

Komanda.az xəbər verir ki, 13-cü qrupda yer alan milli Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçirilən görüşün ikinci hissəsinin əvvəllərində meydan sahibləri hesabı açıblar. Buna baxmayaraq, Azərbacan millisi geridönüş etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin yetirmələri 2:1 hesablı qələbə qazanıblar.

Bununla da, U-19 qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button