Pedri gözləniləndən tez qayıda bilər

“Barselona”nın yarımmüdafiəçisi Pedri planlaşdırılandan tez meydana dönə bilər.

Əvvəlcə ispaniyalı futbolçunun təxminən dekabrın ortasına qədər sıradan çıxdığı bildirilirdi, ancaq Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bərpa prosesi iki həftə əvvəl başa çatacaq.

22 yaşlı oyunçunun 22 noyabrda “Atletik”lə La Liqa matçı üçün meydanda ola biləcəyi istisna edilmir.

Buna baxmayaraq, “Barselona” rəhbərliyi ehtiyatlı davranır və Rafiniyanın bərpası zamanı yaşanan problemi təkrarlamaq istəmir. Baş məşqçi Hans-Diter Flik və həkimlər zədənin təkrar kəskinləşməsinin qarşısını almağa çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button