
“Real” Vinisiusu 150 milyon avroya satmağa razıdır
“Real”ın aparıcı futbolçusu Vinisius Junior yaxın gələcəkdə klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı vingerin “kral klubu” ilə yeni müqavilə üzrə danışıqları çıxılmaz vəziyyətə düşüb.
“Real” rəhbərliyi artıq 25 yaşlı oyunçunu satmağa hazırdır və onun qiymətini 150 milyon avro olaraq müəyyənləşdirib.
Vinisiusun karyerasını davam etdirməsi üçün ən real istiqamət Səudiyyə Ərəbistanı çempionatıdır. Avropanın top-klubları, həmçinin, “Mançester Siti” göstərilən məbləğ qarşılığında təklif verməyə tələsmir.
Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



