Flik Messinin “Barselona”ya qayıtmasına qarşıdır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lionel Messinin Kataloniya klubuna qayıtmasına qarşıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl futbolçunun MLS mövsümü ərzində qısamüddətli icarə əsasında “Barselona”ya gəlişi ilə bağlı xəbərlər çıxıb. Lakin Flik belə bir razılaşmaya qəti şəkildə qarşıdır. Almaniyalı məşqçi 38 yaşlı forvardın transferinin yaxşı heç nəyə gətirib çıxarmayacağına inanır.

Messi 2021-ci ildə İspaniya klubundan ayrılıb və daha sonra PSJ-yə keçib. Argentinalı hücumçu 2023-cü ildən bəri ABŞ-da – “İnter Mayami”də oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button