
Azərbaycan karateçisi İslamiadanın qalibi oldu
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Komanda.az xəbər verir ki, idmançı 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.
İrina Zaretska finalda Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.
O, üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. Karateçi, 2017-ci ildə Bakıda, 2021-ci ildə isə Konyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Azərbaycanı 67 kq çəki dərəcəsində təmsil edən Nuran Rzazadə 1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) isə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



