
“Sabah” ABŞ-dan olan basketbolçu ilə anlaşıb
“Sabah” basketbol klubu heyətini ABŞ-dan olan basketbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gerry Blakeslə 2 mövsümlük müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi “Hefei Storm” olub.
2016-cı ildən peşəkar arenada çıxış edən Blakes daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



