
Laporta: “Messi ilə hər şey istədiyimiz kimi olmadı”
“Barselona”nın prezidenti Xuan Laporta argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı barədə açıqlama verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər ki, o, Messinin “Barselona”ya qayıtması barədə danışmağın yersiz olduğunu bildirib:
“Messi ilə hər şey istədiyimiz kimi olmadı. Onun “Barselona”ya qayıtması? Bu barədə danışmaq yersizdir”.
Messi “Barselona”nın yetirməsidir və əsas komandada 2005–2021-ci illərdə çıxış edib. O, hazırda MLS-də – “İnter Mayami” klubunda oynayır. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



