İngiltərə klubu “sükan”ı Cerrarda tapşıra bilər

“Liverpul”un sabiq futbolçusu və hazırda məşqçi olan Stiven Cerrard yenidən vətəni İngiltərədə çalışmağa yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

45 yaşlı mütəxəssisə Çempionşip təmsilçisi “Middlsbro” maraq göstərir. Komandanın hazırkı baş məşqçisi Rob Edvardsın Premyer Liqa klubu “Vulverhempton”a keçməsi gözlənilir. Bu baş verəcəyi təqdirdə, “Middlsbro” rəhbərliyi baş məşqçi postunu Cerrarda təklif etməyi planlaşdırır.

Cerrardın son klubu Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ı olub. O, yanvarda klubdan ayrılıb və o vaxtdan bəri işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button