“Qarabağ”ın rəqibinin futbolçusu qərarını verib

“Liverpul”un müdafiəçisi İbrahima Konate klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, fransalı futbolçu müqaviləsinin müddəti başa çatdıqdan sonra (2026-cı ilin yayı) “Liverpul”u azad agent kimi tərk edəcək.

Konateyə maraq göstərən klublar arasında “Real” və “Bayern” var. O, 2021-ci ilin yayında “Leyptsiq”dən “Liverpul”a keçmişdi.

26 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 11 oyunda meydana çıxıb. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button