“Azarkeşlərimizin skudetto haqqında xəyal qurması çox xoşdur”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının cari mövsümündə komandasının çempionluq şansları barədə fikirlərini bölüşüb.

Paytaxt təmsilçisi son turda doğma meydanda “Udineze” üzərində 2:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra “canavarlar” 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və yalnız top fərqinə görə lider “İnter”dən geri qalır.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı azarkeşlərin skudetto haqqında xəyal qurmasının çox xoş olduğunu bildirib:

“Azarkeşlərimizin skudetto haqqında xəyal qurması çox xoşdur. Biz beynəlxalq fasiləyə yalnız top fərqinə görə ikinci pillədə yollanırıq – bu, həm qürur, həm də sevinc mənbəyidir. Çempionluq ehtimalları barədə danışmaq üçün isə hələ tezdir”.

“Roma” növbəti matçını noyabrın 23-də, “Kremoneze”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button