
“Qarabağ”ın rəqibinin baş məşqçisi: “Hamı bu cür oyunları səbirsizliklə gözləyir”
“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının növbəti turunda “Mançester Siti” ilə keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib:
“Bu, çox maraqlı bir qarşılaşmadır və mən onu səbirsizliklə gözləyirəm. Hələ Premyer Liqada işləmədiyim vaxtlarda belə, “Liverpul” – “Mançester Siti” oyunlarının tarixini bilirdim və onları televiziyada izləyirdim. “El klasiko” (Barselona – Real) kimi, hamı bu cür oyunları səbirsizliklə gözləyir.
İndi isə bu matçların bir hissəsi olmaq böyük həyəcan yaradır. Bu komandalar on oyundan doqquzunda gözləniləni təqdim edirlər.
Pep Qvardiolanın komandasında isə ən çox xoşuma gələn məqam odur ki, o, on oyunun onunda da istədiyini verə bilir. Yüksək səviyyəli futbol, vaxt itkisi olmadan maraqlı qarşılaşma”.
Qarşılaşma noyabrın 9-da keçiriləcək. “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



