
“Bundan da yaxşı oyunlarımız olub” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:
“Vensan Abubakarın komandada böyük rolu var, böyük oyunçudur, təcrübəsi bəllidir. Bu gün yalnız istəkli olduğumuz üçün qalib gəldiyimizi deməzdim. Bundan da yaxşı oyunlarımız olub. Mətbuat konfransını bir futbolçuya həsr edəcəyiksə, bu artıq “Neftçi”nin digər oyunçularına haqsızlıq olar.
“Qarabağ”da heç bir boşluq yoxdur və gündən-günə güclənən komandadır. Qurban Qurbanova və komandasına “Çelsi” ilə oyunda uğurlar arzu edirəm. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. Hər iki komanda derbiyə layiq oyun göstərəcək”.
Nəzrin
Bizi Facebook-da izləyin



