
Baş məşqçi açıqladı: Ukraynalı futbolçunun zədəsi gözləniləndən ağırdır
“Nottingem Forest”in baş məşqçisi Şon Dayç komandanın müdafiəçisi Oleksandr Zinçenkonun durumuna aydınlıq gətirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ukraynalı futbolçunun zədəsinin əvvəlcə düşünüləndən daha ciddi çıxdığını bildirib:
“Zinçenko hələ oynaya bilməyəcək. Təəssüf ki, zədəsi gözlədiyimizdən daha ağırdır”.
Zinçenko yaxın vaxtlarda komandaya kömək edə bilməyəcək.
28 yaşlı müdafiəçi 2025/26 mövsümündə “Nottingem Forest”in heyətində bütün turnirlərdə 6 oyunda iştirak edib. Onun komandası hazırda Premyer Liqada 9 turdan sonra 5 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



