
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub.
Təmsilçimiz ilk matçda olduğu kimi cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.
Mərhələni keçə bilməyən “Azərreyl” CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



