“Real” niderlandlı müdafiəçi ilə maraqlanır

“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven “Real”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu niderlandlı oyunçunu əldə etməyin çətin olacağını başa düşür, çünki “Tottenhem” 2023-cü ildə onun üçün təxminən 50 milyon avro ödəyib.

24 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və 5 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button