
“Sabah” bu gün Almaniya klubu ilə qarşılaşacaq
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.
Komanda.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda Bakıda “Alba” (Almaniya) ilə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.
B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi “Nimburk”a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi “Elan”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



